COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq
“COP29-un keçirilməsinə 41 gün qalıb, bu tədbiri birlikdə ərsəyə gətirəcəyik”.
Sizinxeber.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Azərbaycanın enerji keçidi” panelində çıxışı zamanı COP28 Enerji keçidinin direktoru Abdulla Malek deyib.
O bildirib ki, ənənəvi yanacaq mənbələrindən qeyri-ənənəvi enerjiyə keçid asan deyil:
“Biz alternativ yanacaq mənbələri tapmalıyıq. Bərpa olunan enerjilərin səmərəliliyi haqqında düşünməliyik. Biz bunu 2030-cu ilə qədər etməliyik. Bərpa olunan enerji mənbələri ilə bağlı sürəti artırmalıyıq. Nəzərdə tutulan hədəflərə real vaxtda nail olmalıyıq. Bərpa olunan enerjilər ötürülə biləndir. Onların səmərəliliyinə nail olmaq üçün bizim enerji dayanıqlılığımız olmalıdır. COP29-da əsas diqqət yaşıl enerjinin saxlanması məsələsinə yönəlib. Yaşıl dəhliz olmadan məqsədlərə nail ola bilmərik. Ona görə elə etməliyik ki, vacib olan infrastrukturu quraq”.
Oxşar xəbərlər
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır
COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













