Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır
Azərbaycanın Avrasiya miqyaslı “yaşıl enerji” fəaliyyətinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada “xalis sıfır”a nail olmaq üçün darboğazların aradan qaldırılmasını hədəfləyən enerji təşəbbüslərini formalaşdır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən “Wind Energy Hamburg” Konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2030-cu ilədək regionlararası “yaşıl enerji” bağlantılarının qurulmasını, qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 1500 QVt-a çatdırılmasını, 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsinin ümumi şəbəkə sisteminə əlavə edilməsini və ya təmir edilməsini, hidrogen sənayesinin inkişafını nəzərdə tutan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, həmçinin “Hidrogen Bəyannaməsi” təşəbbüsləri investisiya axınını artıracaqdır. “Hesab edirik ki, COP28 bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması hədəfini irəli sürmüşdüsə, COP29 bu hədəflərə nail olmağı dəstəkləyən platforma olacaq,” - deyə nazir əlavə edib.
Tədbir COP29 Sədrliyinin enerji keçidinin maliyyələşdirilməsi üzrə fəaliyyətinə və Azərbaycanın ənənəvi və bərpa olunan enerji növlərini balanslaşdıran enerji siyasətinə dair müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Energetika naziri “Wind Energy Hamburg” tədbirində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












