Ombudsman: 3 saylı uşaq evində monitorinq aparılıb, dövlət qurumları qarşısında məsələ qaldırılıb
" 3 saylı uşaq evi sosial xidmət müəssisəsində monitorinq həyata keçirilib, saxlanma şəraiti, qidalanma və digər məsələlər araşdırılıb".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilən sözügedən şəxslə (R.Rəsulovla) fərdi qaydada konfidensial söhbət aparılıb:
Eyni zamanda, müəssisədə yaşayan digər uşaqlarla fərdi və qrup şəklində konfidensial söhbətlər aparılıb. Müvafiq qeydlər götürülüb və faktla bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılıb".
Xatırladaq ki, müəssisənin azyaşlı sakini R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovuşaqda döyüldüyünü və təhqir edildiyini iddia edib.
Oxşar xəbərlər
Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
