Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.
Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.
Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır.
Oxşar xəbərlər
Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib
Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir
Bu il insan alveri qurbanı olan 24 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib
Bu il 100 uşaq övladlığa verilib, 139-u isə ailələrinə qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













