Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 26-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ və Oğuz rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər