Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 19 avqust tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.
Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Oxşar xəbərlər
Fərid Əhmədov Şamaxıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












