Yerli bəstəkarların son dövrlərdə yazdıqları əsərlər musiqi və incəsənət məktəblərində tədris ediləcək
2024/2025-ci dərs ilindən başlayaraq yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələr ilə birgə keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb.
Bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq.
Proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin "Zəfər marşı", Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və "Yaz nağılı" kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır.
Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır.
Yenilənmiş tədris proqramı sayəsində musiqi və incəsənət məktəblərinin şagirdləri rəngarəng repertuarla tanış olaraq bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.
Oxşar xəbərlər
Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb
Gəncə Dövlət Filarmoniyası "Musiqinin gücü" layihəsini təqdim edəcək - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
