Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb
Avqustun 8-də musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Müxtəlif ixtisaslar üzrə keçirilən imtahanlarda ümumilikdə 286 nəfər namizəd iştirak edib.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən keçid balını toplamış və vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı müvafiq qaydada yaradılmış 16 komissiya tərəfindən yoxlanılıb.
Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin “MyCulture” vahid şəxsi kabinetinə (my.culture.az) göndəriləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb
MİQ üzrə vakansiya mərhələsinin nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
