Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
2024-2025-ci tədris ilindən başlayaraq Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində rayonun gənc sakinləri üçün ilk dəfə davamlı incəsənət təhsilinin tədrisi təşkil olunacaq.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Bakı və digər rayonlardan Füzuli şəhərinə köç edən sakinlərin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçiriləcək. Proqram çərçivəsində 24 şagird, 5 təcrübəli müəllimdən təhsil alacaq. Növbəti müddətdə şagirdlərin sayı daha da artacaq.
Qeyd edək ki, cari ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərinin gənclərinə yaradıcı imkanlar və incəsənət sahəsində təhsil almaq imkanı təmin etmək məqsədi ilə inşa edilib. Ötən müddət ərzində Mədəniyyət nazirliyinin bilavasitə təşkilatçılığı ilə bu yaradıcılıq mərkəzində füzulili şagirdlər üçün müxtəlif sənət növləri üzrə təlimlər keçirilmiş, eyni zamanda Füzulidə yaşayan məktəblilər üçün yay məktəbi təşkil edilmişdir.
Oxşar xəbərlər
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi”nin açılışı olub
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
