FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Perinatal Mərkəzində obyekt mülki müdafiə məşqi keçirilib.
Bu barədə APA-ya FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Perinatal Mərkəzi ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Məşqdə ümumilikdə 6 texnika və 72 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
Oxşar xəbərlər
Ağdaşda mülki müdafiə məşqi keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda mülki müdafiə məşqi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən obyekt mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Novxanıda hoteldə mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












