Nyu-Yorkda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb
ABŞ-ın Nyu-York ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Sizinxeber.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həyatını itirib.
Məlumata əsasən, Mitsubishi MU-2B tipli təyyarə Nyu-York ştatının mərkəzindən 80 km cənubda tarlaya düşüb.
Qəzanın səbəbləri və təyyarədəki digər şəxslərin sağlamlıq vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Yerli hakimiyyət orqanları ərazidə torpağın palçıqla örtüldüyünü və bunun təyyarəyə çıxışı çətinləşdirdiyini bildiriblər.
Qeyd edək ki, bu, həftə ərzində Nyu-York ştatında baş verən ikinci aviasiya qəzasıdır.
Cümə günü Nyu-Yorkda turist helikopterinin Hadson çayına düşməsi nəticəsində göyərtədəki altı nəfərin hamısı həlak olmuşdu.
Oxşar xəbərlər
ABŞ-də kiçik mühərrikli təyyarə qəzaya uğrayıb
Nyu-Yorkda helikopter qəzasında "Siemens" şirkətinin İspaniya nümayəndəliyinin rəhbəri ailəsi ilə həlak olub
ABŞ-da axtarış-xilasetmə əməliyyatında təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
ABŞ-də təyyarə qəzaya uğrayıb
ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
