Nazir müavini: Süni intellekt enerji sistemləri üçün yeni reallıq yaradır
Süni intellekt və məlumat mərkəzləri (data mərkəzləri) enerji sistemləri üçün yeni reallıq yaradır.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov bildirib.
"Bu obyektlər son dərəcə həssas istehlakçılardır və çox sabit elektrik təchizatı tələb edirlər. Burada müəyyən bir dilemma yaranır. Bərpa olunan enerji mənbələri yaşıl enerjinin istehsalını artırmaq üçün böyük imkanlar təqdim etsə də, onların dəyişkən xarakteri sistemin idarə olunmasını daha mürəkkəb edir. Sistemdə bərpa olunan enerjinin payı artdıqca şəbəkənin balanslaşdırılması daha çətin olur", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, süni intellekt texnologiyalarının inkişafı və data mərkəzlərinin artan enerji tələbatı daha yüksək etibarlılıq və sabitlik tələb edir. Bu isə yalnız bərpa olunan enerji deyil, həm də qaz, hidroenerji və digər ənənəvi mənbələrin iştirakı ilə təmin oluna bilər. Başqa sözlə, süni intellekt bir tərəfdən enerji istehlakını artırır, digər tərəfdən isə enerji sistemindən daha yüksək keyfiyyət və dayanıqlıq tələb edir. Buna görə də enerji istehlakının genişlənməsi ilə şəbəkənin sabitliyinin qorunması arasında düzgün tarazlıq tapılmalıdır.
"Mən hazırda süni intellektin digər müsbət və ya dolayı təsirləri barədə geniş danışmıram. Lakin enerji sektoru baxımından gördüyümüz mənzərə məhz bundan ibarətdir. Ümumilikdə isə biz bu prosesləri yaşıl transformasiya və davamlı inkişaf üçün müsbət amil kimi qiymətləndiririk", - Elnur Soltanov bildirib.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan bizi fasiləsiz qaz və digər enerji resursları ilə təmin edir
Elnur Soltanov: Azərbaycanda ilk sənaye miqyaslı batareya sisteminin qurulması üçün işlər aparılır
BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər
Azərbaycanda ilk sənaye miqyaslı batareya sisteminin qurulması üçün işlər aparılır
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
