Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində uşaqlar üçün “açıq qapı günü” tədbiri keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Qubadlı rayonu, Çayutmas kənd Texniki təmayüllü məktəb-liseyin kollektivi iştirak edib.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
Dövlət Yanğından Mühafizə Xidməti uşaqlar üçün “açıq qapı günü” keçirib - FOTO
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü tədbirləri keçirib
FHN məktəblilər üçün “açıq qapı” günü keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
