Su hövzələrində təhlükəsizliklə bağlı müşavirələr keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Suraxanı, Səbail və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sözügedən rayonların icra hakimiyyətlərinin və aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirələrdə Xəzər dənizinin Bakı şəhəri Suraxanı, Səbail və Xəzər rayonları sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.
Tədbirlərdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Müşavirələrdə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
Lənkəranda su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib
FHN Xəzər dənizində təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













