İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
14:00
0
0
1 129
ff aaaaaaa

İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb

28 may, 2026
14:00
1 129

İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb

Mayın 27-28-də İsrailin Livanın Tir şəhərinə və digər ərazilərə hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

"Sizinxeber.az" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Tir şəhərinə zərbə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Həmçinin bildirilib ki, İsrailin Livanın cənubundakı Adloun şəhərinə zərəbələri nəticəsində 2 uşaq daxil olmaqla, daha 6 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Tir sakinlərini şəhərə növbəti hava hücumlarına hazırlıq məqsədilə dərhal təxliyə olunmağa və Zəhrani çayının şimalına getməyə çağırmışdı.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul