ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə edib
ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 770 müştəri seçib.
Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.
İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub.
Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir. YAŞAT Fondu yeni yaradılarkən ABB Fonda ilk ianə göstərən kommersiya qurumlarından olub. Bank YAŞAT Fonduna 1 milyon manat məbləğində ianə edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris namizədliyinin ilk həftəsində 200 milyon dollar ianə toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












