Sizinxeber.az » İqtisadiyyat » Sənaye və energetika » Türkmənistan Türkiyə ilə İran üzərindən qaz tranziti ilə bağlı razılığa gəlib

Türkmənistan Türkiyə ilə İran üzərindən qaz tranziti ilə bağlı razılığa gəlib

Türkmənistan qazının İran üzərindən Türkiyəyə mübadilə sxemi tranziti “Botaş” şirkəti (Türkiyənin borularla nəqletmə operatoru – red.) ilə razılaşdırılıb.

APA-Economics”in Türkmənistanın rəsmi qəzeti olan “Real Türkmənistan”a (“Realnıy Turkmenistan”) istinadən verdiyi məlumata görə, bunu Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurası) sədri Qurbanqulu Berdiməhəmmədov İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisi sənayesində əməkdaşlığı artırmaq üçün Türkmənistan “Marı” Su Elektrik Stansiyasında İran sərhədinə qədər Marı-Məşhəd istiqamətində elektrik ötürücü xəttinin bir hissəsinin çəkilməsini təklif edib.

Qeyd olunur ki, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xalq Şurasının sədri nəqliyyatı əməkdaşlığın əsas istiqamətləri sırasında qeyd edib. O vurğulayıb ki, Türkmənistan və İran Asiya ilə Avropanın qovşağında, Xəzər dənizi ilə Fars körfəzi arasında əlverişli coğrafi mövqeyə malikdir və bu, hər iki ölkə üçün nəqliyyat və logistika sektorunda konstruktiv tərəfdaşlığa yol açır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !