"Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
sizinxeber.az xəbər saytı

"Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"


Türkiyənin "Haber Global" telekanalında bu gün Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumundan reportaj yayımlanıb.

Oxu.Az xəbər verir ki, telekanal tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da qatıldıqlarını xatırladıb.

Bildirilib ki, indiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarddan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard dollar sərmayə qoyub.

Qeyd olunub ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər.

Telekanal Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın forumda çıxışına da diqqət ayırıb.

"Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən mühüm komponentlərindən biri olan Azərbaycanla bu sahədə əməkdaşlığımızı davam etdiririk", - deyə Türkiyə rəsmisi bildirib.

Daha ətraflı "Haber Global"ın reportajında:



Oxşar xəbərlər

Cevdet Yılmaz: Türkiyə investisiya mərkəzinə çevriləcək
Səfir: "Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq"
Ərdoğan: “Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nin xüsusi nümayəndəsi ola bilər”
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Cevdet Yılmaz: Suriya beynəlxalq aktora çevrilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle