Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib


Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib.

Sizinxəbər.Az xəbər verir ki, bununla bağlı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun dəyişib
Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldiləcək
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik son oxunuşda qəbul edilib
Enerji Effektivliyi Fondu 10 milyon manata qədər kreditlər verəcək
Samir Vəliyev: "Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle