Sizinxeber.az » Cəmiyyət » Dolmuş avtobusa 1 AZN?

Dolmuş avtobusa 1 AZN?

Son günlər yayılan xəbərlər hamını narahat edib, deyilənə görə metro və avtobus gedişhaqqı 1 AZN olacaq, amma bir sual ortaya çıxır – bu nəqliyyat sistemi hazırda sərnişinlərə hansı xidməti göstərir ki, qiyməti qaldırmaq barədə düşünürsünüz?

Mən hər gün avtobus dayanacağında 20 dəqiqə gözləyirəm, gələn avtobus isə artıq nəfəs almağa belə yer qoymur, insanlar bir-birinin üstünə yıxılır, nə oturmağa imkan var, nə də ayaq üstə rahat dayanmağa. Bu vəziyyət illərdir davam edir, dəyişən heç nə yoxdur. Metroya minəndə də eyni mənzərə, vaqonlar dolu, hava kəsilib, bəzən iyin əlindən qalmaq olmur.

Əgər bu xəbər doğrudursa o zaman sualım var! Hörmətli “BakuBus” və məsul qurumlar, siz hansı inkişafdan danışırsınız? Sərnişinlər hər gün bu qədər əziyyət çəkirsə, hansı üzlə qiymət artımından söz açırsınız? İnsanlara normal xidmət göstərmədən gedişhaqqını qaldırmaq ədalətsizlikdir, vətəndaşın cibinə girib daha çox pul qoparmaq deməkdir. Əgər doğrudan da xidmət səviyyəsini artırıb, avtobusları vaxtında gətirəcək, sıxlığı aradan qaldıracaq, kondisioner, təmizlik və təhlükəsizliyi təmin edəcəksinizsə – bəli, o halda qiymət artımı haqqında düşünmək olar. Amma indiki vəziyyətdə bunu tələb etmək sadəcə olaraq xalqa hörmətsizlikdir.

Orta maaş 400 AZN olan ölkədə 1 AZN gedişhaqqı ağlasığmaz rəqəmdir. İnsan bir gün ərzində işə gedib-gəlmək üçün ən azı 2 AZN xərcləməli olacaq, bu isə ay ərzində maaşın ciddi bir hissəsinin yalnız yola getməsi deməkdir. İnsanlar işləyib qazanır ki, dolansın, amma siz onların qazancını yalnız yol pulu üçün əlindən alırsınız.

Əgər doğrudan da belə bir addım atsanız, bu qərar insanlara qarşı sosial ədalətsizlik olacaq. Çünki xidmət sıfır səviyyəsindədirsə, qiymətin qalxması ancaq cibə zərbədir. Nəqliyyatın keyfiyyətini artırmadan belə qərarlar qəbul etmək, açıq şəkildə xalqa "sizi düşünmürük" deməkdir.

Nə qədər ki, avtobuslar doludur, dayanacaqlarda insanlar əsəbiləşib saatlarla gözləyir, metroda nəfəs almaq mümkün deyil, o vaxta qədər qiymət artımı söhbətini gündəmə gətirmək belə absurddur. Əvvəl xidmət göstərməlisiniz, sonra pul istəməlisiniz.

Bu məqalə “Sözüm var” layihəsi çərçivəsində İzzət Qurbanov imzası ilə hazırlanmışdır.

ДРУГИЕ НОВОСТИ

Комментарии

САМОЕ ЧИТАЕМОЕ / КОММЕНТИРУЕМОЕ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  3. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  4. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  5. Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
  6. Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
  7. Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
  8. Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
  9. Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
  10. Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib