Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər
- 31-07-2025, 22:39
- SÖZÜM VAR !
- 0
- 46 203
İzzət Qurbanov yazır
Azərbaycanın zəngin mədəni irsi, xalqın ruhunu yaşadan aktyorlar, rejissorlar, yazıçılar və digər sənət insanları ilə formalaşıb. Onlar illərlə səhnədə, ekranlarda, kamera arxasında çalışaraq bu torpağın mədəniyyətini gələcək nəsillərə daşıyıblar. Lakin bu gün çox acı bir mənzərə ilə üz-üzəyik: illərini mədəniyyətə həsr edən sənətkarlar dolanışıq üçün küçədə corab satmaq məcburiyyətində qalır.
Məşhur aktyor Allahverdi Yolçuyev – adı bu xalqın qəlbində iz qoymuş sənətkarlardan biri. Bugün o, aktyorluqla yox, corab satmaqla gündəmə gəlir. Bu təkcə bir insanın deyil, bütün mədəniyyət sisteminin faciəsidir. O insan ki, illərlə tamaşaçının qəlbinə yol tapıb, ölkənin ən önəmli səhnələrində çıxış edib. İndi isə dövlət tərəfindən unudulub.
Mədəniyyət Nazirliyindən isə hər zamankı tanış cavablar gəlir: “İşlər görülür”, “Vaxtilə mənim atam da əziyyət çəkib”, “Hər dövrdə problemlər olub”. Əlbəttə, hər dövrdə çətinliklər olur. Amma məgər bu nazirlik çətinlikləri aradan qaldırmaq üçün deyilmi? Əgər problem keçmişdə də vardısa, indiki məmurlar niyə bunu düzəltmirlər? Axı hər dövrün öz cavabdehi var.
Mədəniyyət Nazirliyi yalnız tədbir keçirməklə, bayram günlərində təbriklər yaymaqla işini bitmiş sayırsa, sənətkarların həyatda üzləşdiyi real problemlər necə həll olunacaq?
Bugün çox az adam bilir ki, mərhum Oruc Qurbanov – uzun illər Lənkəran Dövlət Dram Teatrında çalışan fədakar sənətkar da bu sistemin qurbanlarından biri olub. O, səhnədə yaşayıb, səhnədə nəfəs alıb, səhnədə ömrünü başa vurub. Amma nə qədər acıdır ki, ona verilən dövlət mükafatı da bir müddət sonra əsassız şəkildə kəsilmişdi. Onun haqqı olanı belə çox gördülər. Onun kimi sənətkarlar sonda sadəcə "keçmişdə olmuş biri" kimi yad edilir. Halbuki o, Azərbaycan mədəniyyətinin canlı sütunlarından biri idi.
Oruc Qurbanov təkcə rejissor deyildi – teatrın özüdür. Onun səhnəyə verdiyi can, etdiyi rollar, yetişdirdiyi aktyorlar bu gün hələ də tamaşalarda yaşayır. Amma bu xalqın böyük sənətkarına nə dövlət, nə də mədəniyyət rəhbərliyi sahibləndi. Nə adını yaşadan bir küçə adı, nə də xatirəsini əbədiləşdirən bir tədbir. Onun mükafatını kəsməklə sanki "sən artıq lazım deyilsən" mesajı verdilər. Belə yanaşma sənətə, sənətkara, tarixə xəyanətdir.
Əgər biz Allahverdi Yolçuyevi bu gün corab satarkən görürüksə, əgər biz Oruc Qurbanov kimi sənətkarın mükafatını ləğv olunmuş görürüksə, o zaman bu sistem tamamilə araşdırılmalı və yenidən qurulmalıdır.
Bu gün Azərbaycan teatr və kino mühitində onlarla sənətçi minimum maaşla dolanır, bir çoxları sosial təminatdan məhrumdur, yaşlı aktyorların çoxu dərman pulu tapmır, istilik sistemi olmayan evlərdə yaşayır. Dövlətin onlara sahib çıxmaq üçün qurduğu strukturlar isə ya kağız üzərində var, ya da "təbliğat və tədbir" səviyyəsində işləyir.
Nə etməli?
Mədəniyyət Nazirliyi dərhal təqaüd yaşına çatmış və ya fəaliyyətsiz qalmış sənətkarların sosial vəziyyətini araşdırmalıdır.
Həqiqətən ehtiyac içində olan sənət adamlarına aylıq maddi yardım proqramları hazırlanmalıdır.
Teatr və kino sahəsində çalışanlara mükafat və təqaüdlər konkret qaydalarla, şəffaf sistemlə verilməli və onların ləğvi mümkünsüz edilməlidir.
Ölkədə tanınmış, lakin unudulmuş sənətkarların adlarını yaşadan tədbirlər, sənədli filmlər, teatr gecələri təşkil olunmalıdır.
Nazirliyin fəaliyyəti ictimaiyyətə açıq olmalı, görülən işlər barədə illik hesabatlar təqdim edilməlidir.
Unutmaq – ən böyük haqsızlıqdır
Bugün sənətkarlarımızı unutmaq – sabahı itirməkdir. Çünki sənətkar yoxdursa, mədəniyyət də yoxdur. Və mədəniyyəti olmayan xalq – ruhunu itirmiş xalqdır. Əgər biz sənət adamlarını xatırlamırıqsa, onların haqqını tanımırıqsa, biz öz keçmişimizə də, gələcəyimizə də sahib çıxa bilmərik.
Oruc Qurbanovun, Allahverdi Yolçuyevin və daha onlarla, yüzlərlə sənətkarın çəkdiyi əziyyət, yaşadığı haqsızlıq bu xalqın vicdanına yazılıb. Onları qorumaq, yaşatmaq, hüquqlarını təmin etmək isə Mədəniyyət Nazirliyinin əsas və borclu vəzifəsidir.
Sonda bir sual verək: əgər bu xalqın sevdiyi sənətkar küçədə corab satırsa, digəri aldığı mükafatı belə itiribsə – biz necə deyə bilərik ki, “işlər görülür”?


width="220" alt=""Dərmanlarımı almaq üçün corab satıram" - Allahverdi Yolçuyev" />
width="220" alt="Köhnə incəsənət, köhnə filmlər – İndi isə nə baş verir?" />
width="220" alt="Mədəniyyət Naziliyi Görkəmli Sənətkarı Niyə Unutdu?" />
width="220" alt="Nazirlik: Aktyor Allahverdi Yolçuyevin əlavə sosial təminatdan yararlanması üçün imkanlar nəzərdən keçirilir" />
width="220" alt="1 iyul - Bakılılar günüdür" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />