Türkmənistanla Əfqanıstan bir sıra enerji və nəqliyyat infrastrukturu obyektlərinin tikintisinə başlayır
sizinxeber.az xəbər saytı

Türkmənistanla Əfqanıstan bir sıra enerji və nəqliyyat infrastrukturu obyektlərinin tikintisinə başlayır


Bu gün Türkmənistan və Əfqanıstan sərhədində iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə bir sıra enerji, nəqliyyat, rabitə və logistika infrastrukturu obyektlərinin tikintisinə başlanılması ilə bağlı mərasim keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

İslim-Çeşmə sərhəd-keçid məntəqəsində keçirilən mərasimdə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Əfqanıstan Nazirlər Kabinetinin sədri vəzifəsini icra edən Molla Məhəmməd Həsən Axund iştirak edib.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov tədbirə videokonfrans formatında qatılıb.

Tədbir çərçivəsində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri layihəsinin əsas həlqəsi sayılan Sərhədabad-Herat hissəsinin inşasına start verilib. Bununla yanaşı, Sərhadabad-Torqundu dəmir yolu körpüsünün, Sərhədabad-Herat marşrutu üzrə fiber-optik rabitə xəttinin və Türkmənistan-Əfqanıstan-Pakistan (TAP) elektrik xətti layihəsinin ilk fazasının işə salınması ilə bağlı açılışlar da həyata keçirilib.

Oxşar xəbərlər

Qurbanqulu Berdiməhəmmədov İrana gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin hansı ölkə vətəndaşları olduqları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfqanıstan Ordusunun Baş Qərargah rəisi: Ölkədə İŞİD tamamilə məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Senatının üzvü: İnsanların sərbəst səs verdiyinin şahidi olduq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər