Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
dek
2025
18:42
0
0
2 947
ff aaaaaaa

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

22 dek, 2025
18:42
2 947

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sizinxeber.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri və məqsədlərə çatmaqda nümayiş etdirilən əzmkarlıq ali dövləti vəzifənizdəki uğurlu fəaliyyətinizi əvvəlcədən müəyyənləşdirir.

Sizin rəhbərliyinizlə aparılan islahatlar sayəsində Azərbaycan Respublikası dövlət institutlarının təkmilləşdirilməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, regionda və dünyada mövqelərinin möhkəmləndirilməsi yolunda inamla irəliləyir.

Fürsətdən istifadə edərək Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya əməkdaşlığının qorunması və dərinləşdirilməsi məsələlərində ardıcıl mövqeyinizə, MDB dövlətləri arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, rifah diləyir, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul