Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
Paytaxt Bakıda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb.
Sizinxeber.az Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib.
Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb.
Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.
Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan “Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdu.
Oxşar xəbərlər
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq?
Dövlət başçısı: Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib
İsrailin İrana son hücumu neftin qiymətini 7 dollara yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
