OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,99 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 106,11 mln. barel), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,74 mln. barel çoxdur.
OPEC bu il üçün qlobal neft tələbatının 104,24 mln. barel (öncəki proqnoz – 104,32 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,03 mln. barel artım deməkdir.
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.
Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.
Oxşar xəbərlər
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
