OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb
sizinxeber.az xəbər saytı

OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.

Bu barədə "Sizinxeber.az-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,14 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,29 mln. barel çoxdur.

Bununla yanaşı, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,52 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz göstərici – 106,42), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,38 mln. barel çoxdur.

Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,84 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,63 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.

Oxşar xəbərlər

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC 2025-2026-cı illər üzrə qlobal neft tələbatı üzrə proqnozunu azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər