OPEC 2025-2026-cı illər üzrə qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,05 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,2 mln. barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,3 mln. barel çoxdur.
Bununla yanaşı OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,33 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz – 106,63 mln. barel), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,29 mln. barel çoxdur.
Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,75 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,54 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.
Oxşar xəbərlər
OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC qlobal neft tələbatı üzrə proqnozunu daha da azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"OPEC+"a daxil olmayan ölkələrdə bu il üçün neft hasilatı üzrə proqnoz artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












