Minskdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb
Belarusun paytaxtı Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər imzalanıb.
"Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk olaraq Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Belarus Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.
Daha sonra Belarusun Milli Statistika Komitəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Belarusun Milli Statistika Komitəsinin sədri İnna Medvedeva və Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov imza atıblar.
Tədbir çərçivəsində həmçinin Belarusun İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2026–2030-cu illəri əhatə edən bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədi Belarusun idman naziri Sergey Kovalçuk və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təsdiqləyiblər.
Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üzrə əməkdaşlıq proqramı – "Yol xəritəsi" də imzalanıb. Sənədə Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov imza atıblar.
Bundan əlavə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "POJSNAB" MMC-si arasında 21 ədəd yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə imzalanıb. Müqaviləni "POJSNAB" MMC-nin direktor vəzifəsini icra edən Sergey Zaxareviç və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.
Qeyd edək ki, sənədlər Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanıb və iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
İyunda Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan və Belarus arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Azərbaycanla Belarus arasındakı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Natalya Petkeviç: Bakı və Minsk arasındakı münasibətlər zamanın sınağından çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğularaq ölüb
