Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur
Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Kamal Abbasov deyib.
O bildirib ki, Azərbaycan müasir enerji ehtiyaclarını qarşılamaqla yanaşı, daha təmiz və dayanıqlı gələcək üçün də hazırlıqlar görür.
Onun sözlərinə görə, ölkə qaz infrastrukturu sahəsində investisiyalarını davam etdirməklə yanaşı, bərpaolunan enerji sahəsinin inkişafına da ciddi şəkildə yönəlib: “Azərbaycan güclü günəş və külək potensialına malikdir. Xüsusilə Abşeron və Qarabağ kimi bölgələrdə bu imkanlardan istifadə etməklə enerji mənbələrimizi şaxələndirmək və emissiyaları azaltmaq istəyirik”.
Nazir müavini əlavə edib ki, ölkənin ötən il COP29-a ev sahibliyi etməsi Azərbaycanın qlobal iqlim məqsədlərinə dəstəyini və enerji keçidində fəal iştirak etmək istəyini nümayiş etdirir: “Biz enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılıq arasında düzgün balans qurmağa çalışırıq”.
Kamal Abbasovun sözlərinə görə, dəyişən qlobal qaz bazarları fonunda Azərbaycan təbii qaz istehsalını artırır, infrastrukturunu təkmilləşdirir və tərəfdaş ölkələrin enerji ehtiyaclarını qarşılamağa davam edir. Bununla yanaşı, ölkə paralel şəkildə bərpaolunan enerji sektorunu genişləndirməklə, təmiz mənbələrə keçidi dəstəkləyir.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır
Gürcüstanlı nazir müavini: Azərbaycanla həyata keçirilən yaşıl enerji layihəsi “çox iddialı və strateji əhəmiyyətli”dir
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir
Nazir müavini: Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir
Albaniyalı nazir müavini: Azərbaycanı enerji sektorunda ən yaxın strateji tərəfdaşlardan biri hesab edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
