Bərpa olunan enerji mənbələrinin inteqrasiyasında mənfi təsirlər açıqlanıb
sizinxeber.az xəbər saytı

Bərpa olunan enerji mənbələrinin inteqrasiyasında mənfi təsirlər açıqlanıb


Bərpa olunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası ümumilikdə müsbət olsa da, bəzi mənfi təsirləri və çətinlikləri də mövcuddur.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zaman "Azərenerji" ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin inteqrasiyası şəbəkədə tez-tez balanssızlığa səbəb olur, bu isə enerji keyfiyyətinə və etibarlılığına təsir edir.

Bununla yanaşı, generasiya və ötürücü infrastrukturunun gücləndirilməsini tələb edir.

"Dispetçer xidmətlərinin işi çətinləşir - saatlıq və günəlik proqnozlar daha dəqiq olmalıdır", - Yusif Qarayev qeyd edib.

Bundan əlavə, bərpa olunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası bazar mühütündə ənənəvi enerji istehsalçıları üçün rəqabət şəraiti pisləşə bilər və bu, investisiya risklərini artırır.

"Külək turbinləri quşlara zərər verə, həmçinin vizual çirklənmə yarada bilər", - Yusif Qarayev vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt- a yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Axundov: “Bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün sabit şəbəkə olmalıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyası təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ilk sənaye miqyaslı batareya sisteminin qurulması üçün işlər aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər