Gürcüstanlı nazir müavini: Azərbaycanla həyata keçirilən yaşıl enerji layihəsi “çox iddialı və strateji əhəmiyyətli”dir
Azərbaycanla birgə reallaşdırılan yaşıl enerji layihəsi Aİ üçün strateji əhəmiyyət daşıyır”
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze deyib.
Nazir müavini çıxışda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən yaşıl enerji layihəsini “çox iddialı və strateji əhəmiyyətli” adlandırıb. Onun sözlərinə görə, bu layihə Aİ-yə 4 min MVt gücündə yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutur və regionun enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
“Azərbaycanla birgə reallaşdırdığımız bu layihə Avropa İttifaqına təmiz və bərpa olunan enerji axını üçün yeni körpü olacaq. Layihə təkcə tranzit məqsədi daşımır, həm də enerji ixracında yeni mərhələdir və bütün tərəflər üçün faydalıdır,” – deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, bu əməkdaşlıq region ölkələrinin Aİ ilə enerji inteqrasiyasını dərinləşdirəcək, iqtisadiyyatların rəqabət qabiliyyətini artıracaq və yeni iş yerləri yaradacaq:“Bu layihə nəticə etibarilə yalnız enerji ötürülməsi deyil, həm də iqtisadi inkişaf layihəsidir.”
Oxşar xəbərlər
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü professor: Bölgəmizdəki iri regional layihələr Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












