SOCAR: Şirkətlər Yaxın Şərqdəki çətin vəziyyətin tez bir zamanda həllini gözləyir
Treydinq və enerji şirkətləri Yaxın Şərqdəki çətin vəziyyətin tez bir zamanda həllini istəyirlər və bunun çox yaxın gələcəkdə baş verəcəyinə ümid edirlər.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edən SOCAR-ın ticarət qolu olan "Socar Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətin həlli qlobal ticarət şirkətlərinin enerji daşıcıları ilə ticarət etməsini asanlaşdıracaq.
"Hörmüz boğazındakı vəziyyəti ekstremal adlandırmaq olar. O, iki aydır ki, faktiki olaraq bağlanıb. Boğazın blokadası səbəbindən dünya artıq təxminən 700-800 milyon barel neft itirib və bazar kəsiri gündə 13-15 milyon bareldir", - deyə Tağızadə qeyd edib.
O, əlavə edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ axtarırlar alternativ yollar tapırlar, lakin qlobal neft axınları problemini tam həll edə bilmirlər.
Tağı Tağıızadə enerji ehtiyatlarının təkcə yanacaq istehsalı üçün deyil, həm də çoxlu elektrik enerjisi istehlak edən yüksək texnologiyalı sektor üçün lazım olduğunu vurğulayıb.
"Yəni, enerji ticarətinin mövcud problemi bütün dünyaya təsir edir və biz ticarət əməliyyatlarının risklərini azaltmaq üçün onun həllini gözləyirik", - Tağı Tağızadə vurğulayıb.
Oxşar xəbərlər
"SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır
Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər
Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
