Fərid Qayıbov: Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim önəm verib
Əhalisinin təxminən 22,5 %-ni gənclərin təşkil etdiyi Azərbaycanda gənclərə investisiya qoyuluşu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında açılış nitqi zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını genişləndirməyə yönəlmiş ardıcıl və əhatəli siyasət həyata keçirilir:
"Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim xüsusi önəm verib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub".
Nazir qeyd edib ki, qlobal problemlərin həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
"Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, Dünya Şəhərsalma Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasına töhfə verməsi üçün mühüm platformaya çevrilib. Bu təcrübə bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, onların hazırlanması və formalaşdırılması prosesində də iştirak etməlidirlər".
Oxşar xəbərlər
AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
AQEM-in Baş katibi Azərbaycanın sədrliyi çərçivəsində planlaşdırılan tədbirləri açıqlayıb
Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir"
Fərid Qayıbov: Şuşada keçirilən beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
