Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
16:50

Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək

24 apr, 2025
16:50
745

Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək

SOCAR-ın Qara dənizində yerləşən Kulevi terminalı Gürcüstanda tikilən ilk neft emalı zavodu ilə əməkdaşlıq edəcək.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edən terminalın baş direktoru İlqar Əlizadə deyib.

Onun sözlərinə görə, keçən ildən Kulevi terminalından üç kilometr aralıda Gürcüstanın ilk neft emalı zavodu (NEZ) tikilir. Birinci mərhələdə onun gücü ildə 1,1 milyon ton olacaq. 2026-2027-ci illərdə başlayacaq ikinci mərhələdə onun məhsuldarlığı ildə 3,5 milyon ton təşkil edəcək.

"Müvafiq olaraq, biz Kulevi terminalı olaraq zavoda gedən bütün yükləri qəbul edəcəyik və zavoddan gələn yükləri sonrakı ixrac üçün qəbul edəcəyik", - İlqar Əlizadə qeyd edib.

O əlavə edib ki, terminalda mövcud genişləndirmə layihələrinə ümumi çən tutumunu 487 000 kubmetrə çatdırmaq üçün dörd 20 000 kubmetrlik çənlərin tikintisi daxildir.

"Kulevi terminalında bütün əsaslı işləri "SOCAR Midstream" şirkəti həyata keçirir", - terminalın rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, planlara terminal ərazisində dalğaqıran və əlavə yanalma körpülərinin tikintisi də daxildir (söhbət 2027-ci ildən gedir - red.).

Bizimlə əlaqə saxlayın