Bu il Azərbaycanda 85 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb
Bu ilin yanvar- mart aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 13 424-ü (15,7%) ilkin, 72 284-ü isə (84,3%) isə təkrar qeydiyyatın payına düşüb.
İlin ilk rübündə fərdi yaşayış və bağ evi üzərində – 14 224, mənzil – 19 200, torpaq sahəsi – 49 386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1 991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
Üç ayda 60 412 texniki pasport tərtib edilib, 14 444 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Bu il Azərbaycanda 270 min daşınmaz əmlaka çıxarış verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səkkiz ayda 240 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycanda 178 min daşınmaz əmlaka çıxarış verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay Azərbaycanda 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən ay 30 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












