“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda Panel Müzakirəsi keçirib
“Azerçay”ın təşkilatçılığı ilə COP29 çərçivəsində “Azərsun Holdinq”in pavilyonunda “Çay Sənayesində Fermerlərin Gücləndirilməsi” mövzusunda panel müzakirəsi baş tutub. Bu tədbir, çay sənayesinin inkişafı və fermerlərə verilən dəstəklərin əhəmiyyəti ilə bağlı geniş müzakirə imkanları yaradıb.
Panel müzakirəsini açan “Azerçay” markasının marketinq müdiri Tərlan Lətifov, ilk olaraq çayın zəngin tarixi və dərin mədəniyyəti haqqında məlumat verib. O, çayın yalnız içki deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.
Müzakirə zamanı, kənd təsərrüfatında çayın əhəmiyyəti və bu sahənin inkişafı üçün fermerlərə verilən dəstəklərin vacibliyi barədə geniş fikirlər irəli sürülüb. Çıxışçılar, fermerlərin gücləndirilməsi və çay istehsalının keyfiyyətinin artırılması üçün müxtəlif müasir yanaşmalar və innovasiyaların tətbiqinə xüsusi diqqət yetiriblər. Müzakirə iştirakçıları həmçinin çayın müasir standartlara uyğun şəkildə, əl dəymədən qablaşdırılması barədə məlumat verərək, istehsal proseslərinin təkmilləşdirildiyini bildirib.
Qeyd edək ki, “Azerçay” COP29-da çay təminatçısıdır və bu mühüm tədbir çərçivəsində Mavi Zonanada yerləşən Azərbaycan pavilyonunda gələn qonaqlara çay təqdim olunur. Çay mədəniyyəti haqqında məlumatlar verilir Həmçinin, Yaşıl Zonanada yerləşən “Azərsun Holdinq” pavilyonunda da “Azerçay” qonaqları qarşılayır.
Oxşar xəbərlər
COP29 çərçivəsində çay təminatını “Azerçay” həyata keçirəcək
COP29-da "Azərsun Holdinq” "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsi keçirib
Yaşıl Zonada Süni İntellektlə bağlı panel müzakirəsi təşkil olunacaq
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
COP29 Blue zonada çay təminatçısı "Azerçay"dır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
