Azərbaycan investisiyası ilə Daşkənddə otel və yaşayış kompleksi tikiləcək
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə bu gün 7 layihəyə start verildi.
Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib.
Yusif Abdullayev deyib ki, Azərbaycan investisiyası ilə Özbəkistanda 3, Özbəkistan investisiyası ilə Azərbaycanda 4 layihə həyata keçiriləcək: “Ən böyük layihə Azərbaycan tərəfindən Daşkəndin mərkəzində beş ulduzlu otel tikilməsi ilə bağlıdır. Artıq sentyabr ayından otelin tikintisinə start veriləcək. Eyni zamanda, Daşkəndin mərkəzində böyük yaşayış kompleksi inşa olunacaq. Özbəkistanın bir bölgəsində isə Azərbaycan şirkəti sənaye istehsalını quracaq".
Yusif Abdullayev nəzərə çatdırıb ki, Özbəkistan investisiyası ilə Azərbaycanda tekstil müəssisələri yaradılacaq: “İmişlidə, Yevlaxda, Xankəndində tekstillə bağlı layihələr həyata keçiriləcək”.
Oxşar xəbərlər
Azərbaycan şirkəti Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək
Şavkat Mirziyoyev: Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir
Şavkat Mirziyoyev Azərbaycanla birgə yeni iqtisadi layihələrə dair təşəbbüslə çıxış edib
Şavkat Mirziyoyev: Azərbaycan artıq həm də Özbəkistanın müttəfiqidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
