Şavkat Mirziyoyev Azərbaycanla birgə yeni iqtisadi layihələrə dair təşəbbüslə çıxış edib
Gələn il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edəcəyik.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Şavkat Mirziyoyev deyib ki, bunu ciddi nəticələrlə möhkəmləndirməlidirlər.
Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistanda iqtisadi kooperasiyalar yaradılmasını, 20 prioritet istiqamət üzrə çalışılmasını təklif edib: “Ticarət dövriyyəsini artırmalı və sənaye kooperasiyasında yeni mərhələyə keçilməli, o cümlədən üçüncü ölkədə birgə layihələr həyata keçirilməlidir. Bizim görüşümüzdə dəyəri 2 milyard dollardan artıq olan perspektiv layihələr barədə danışdıq. Bu gün həmin layihələrin reallaşması barədə biznes nümayəndələrimiz geniş müzakirələr apardılar. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu da effektiv çalışır. Əgər layihələr olarsa, bu Fond da genişləndirər”.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev: Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir
Azərbaycan və Özbəkistan arasında aviareyslərin artırılması təklif olunub
Özbəkistan Prezidenti: Qarabağ çiçəklənən regiona çevrilir
Şavkat Mirziyoyev: Özbəkistan çox ciddi şəkildə COP29-a hazırlaşır
Şavkat Mirziyoyev: Azərbaycan artıq həm də Özbəkistanın müttəfiqidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













