Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olunub
Sadələşmiş vergi dərəcəsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilib.
Sizinxeber.az xəbər verir ki, belə təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputat Azər Badamov çıxış edib.
Deputat bildirib ki, vergi ödəyicilərinin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəməsi üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edilib: “Bu müddətin üzərindən 10 ildən çox vaxt keçib. Bu keçən zamanda bir necə dəfə devalvasiya baş verib. Eyni zamanda bu müddətdə inflyasiyalar nəzərə alınaraq, sadələşmiş vergi dərəcəsinə aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.
Oxşar xəbərlər
Vergi Məcəlləsindəki dəyişikliklər I oxunuşda qəbul edilib
Maliyyə Nazirliyi vergi güzəştlərinin səmərəliliyini qiymətləndirib
Vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır
Yeni Vergi Məcəlləsi hazırlanır
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
