Vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır
sizinxeber.az xəbər saytı

Vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır


Vergi ödəyicisinin dəyişikliklərlə bağlı vergi orqanına məlumat vermə müddəti 40 gündən 15 günə endirilir

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericilikdə 40 günlük müddət nəzərdə tutulur

Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Dəyişikliklər baş verdiyi gündən 15 gün müddətində məlumat verilməlidir

Layihəyə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.

Oxşar xəbərlər

Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi Məcəlləsindəki dəyişikliklər I oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər