Vahid Novruzov: "Azərbaycanda şübhəli maliyyə əməliyyatlarına qarşı məsuliyyət artırılmalıdır"
sizinxeber.az xəbər saytı

Vahid Novruzov: "Azərbaycanda şübhəli maliyyə əməliyyatlarına qarşı məsuliyyət artırılmalıdır"


Azərbaycanda nəzarət orqanları şübhəli maliyyə əməliyyatlarına qarşı daha məsuliyyətli olmalıdır.

"Report' xəbər verir ki, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi bu gün bütün ölkələrin narahat olduğu qlobal problemlərdən biri olaraq qalır.

V. Novruzov nəzarət orqanlarının məsuliyyətinə toxunaraq təəssüflə qeyd edib ki, bir çox qurumlar, o cümlədən auditorlar şübhəli maliyyə əməliyyatlarının aşkarlanmasına yetərincə diqqət yetirmir və nöqsanları vaxtında aşkar etmirlər: “Bunlar həm hüquqi məsuliyyətə, həm də peşəkar nüfuz itkilərinə səbəb olur”.

Onun sözlərinə görə, nəzarət orqanlarının məsuliyyəti yalnız texniki yoxlamalarla məhdudlaşmamalı, eyni zamanda etik prinsiplərə əsaslanaraq şəffaflığı təşviq etməli və maliyyə sisteminin sağlamlığına töhfə verməlidirlər: “Peşəkar fəaliyyət və sosial məsuliyyət anlayışı işimizin ayrılmaz hissəsi olmalıdır”.

Palata sədri vurğulayıb ki, bu sahədə beynəlxalq audit standartlarına, xüsusilə 240 və 250 saylı standartlara əməl olunması vacibdir.

Onun fikrincə, mühasiblər və auditorlar həm çirkli pulların aşkarlanması, həm də hüquqi uyğunluğun təmin olunmasında aktiv rol oynamalıdır.

O əlavə edib ki, çirkli pulların yuyulması və kibercinayətkarlıqla effektiv mübarizədə müasir texnologiyalar və süni intellektin istifadəsi nəzarət orqanlarının diqqət mərkəzində olmalıdır.

Palata sədri beynəlxalq əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulayıb: “Nəzarət orqanları xarici həmkarlarla və beynəlxalq təşkilatlarla – BMT, MONEVAL, FATF kimi qurumlarla əməkdaşlıq etməli, informasiya mübadiləsi aparmalıdırlar”.

Oxşar xəbərlər

Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
AMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir
Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər hansı halda tətbiq edilə bilər? - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər