Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
sizinxeber.az xəbər saytı

Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək


Mayın 23-24-də Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil ediləcək tədbir Maliyyə Monitorinqi Xidməti ilə birgə, ölkə Prezidentinin 11 fevral 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun baş tutacaq.

Tədbirdə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, İsrail, Pakistan və Latviya kimi ölkələrin audit və mühasibatlıq qurumlarının rəhbərləri, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə mütəxəssislər iştirak edəcəklər.

Konfransın ikinci günü xarici ekspertlər, nəzarət orqanlarının nümayəndələri, mühasiblər və auditorlar arasında ƏL/TMM sahəsində təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir
Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər hansı halda tətbiq edilə bilər? - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle