

AMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərliy”i təsdiq edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, sənədin əsas məqsədi maliyyə institutlarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun aliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərin qiymətləndirilməsi prosesində istiqamət vermək, bu sahədə metodoloji biliklərin gücləndirilməsinə dəstəkolmaqdır. Bu metodoloji yanaşma yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır, risk qiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtiva edir.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 21.7-ci maddəsinə görə, maliyyə institutları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçinin maliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraq bu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və yaxud azaldılması üçün tədbirlər görməlidirlər.
”Metodoloji Rəhbərlik” mətni ilə bu
Oxşar xəbərlər
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir
Azərbaycanda cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişib
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub
Samir Şərifova yeni vəzifə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
