AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
Hazırda təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün iqtisadi artım yollarının tapılması vacibdir.
"Sizinxeber.az" vəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.
O qeyd edib ki, Mərkəzi Bank iqlim dəyişikliyi ilə bağlı əsas vəzifələri dərk edir və maliyyə sektorunun üzləşə biləcəyi riskləri diqqətlə təhlil edir: "Belə şəraitdə maliyyə sabitliyi prioritetdir və biz milli inkişaf planları çərçivəsində ölkənin maliyyə sistemini dəstəkləməyə çalışırıq".
T. Kazımovun sözlərinə görə, AMB qlobal dəyişikliklərə səmərəli şəkildə uyğunlaşa bilən dayanıqlı maliyyə mühitinin yaradılmasına yönəlib və bu, uzunmüddətli iqtisadi artım üçün vacib amil hesab edilir.
Qeyd edək ki, Bakıda İqlim Həftəsi qlobal iqlim çağırışları şəraitində dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş həllər axtarmaq üçün platforma təqdim etməyə davam edir.
Oxşar xəbərlər
Azərbaycanda banklar iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabat verəcəklər
Azərbaycanda "yaşıl istiqraz"la bağlı qanunvericilik qüvvəyə minəcək
Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
