AMB: Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması təxminən 5 % artıb
Bu ilin martın 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 4,59 % artaraq 4,903 milyard manata çatıb.
“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, onların fiziki şəxslərin əmanətlərinin ümumi həcmindəki xüsusi çəkisi 33,05 % təşkil edib.
Bu ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi 0,58 % azalıb. Bir il əvvəl onların payı 31,97 %, 2025-ci ilin əvvəlində isə 33,63 % idi.
Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi martın 1-nə illik müqayisədə 11,82 %, ilin əvvəlindən isə 1,19 % artaraq 14,835 milyard manata çatıb.
Milli valyutada əmanətlər il ərzində 15,77 %, ilin əvvəlindən isə 2,08 % artaraq 9,932 milyard manat təşkil edib ki, bu da bütün əmanətlərin 66,95 %-nə bərabərdir.
Hesabat dövründə rezidentlərin əmanətləri 13,59 milyard manata, qeyri-rezidentlərin əmanətləri isə 1,328 milyard manata çatıb. İl ərzində rezidentlərin əmanətləri 13,23 % artıb, qeyri-rezidentlərin əmanətləri isə 1,53 % azalıb. İlin əvvəli ilə müqayisədə azalma müvafiq olaraq 1,92 % və 6,21 % təşkil edib.
Azərbaycan banklarında əmanətlərin və depozitlərin ümumi həcmi 2025-ci il martın 1-nə 40,42 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,79 %, cari ilin əvvəli ilə müqayisədə isə 0,37 % çoxdur.
Oxşar xəbərlər
Əhalinin banklardakı əmanətləri 277 mln. manata yaxın azalıb
Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb
Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
