Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb
Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 561,7 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 9,9 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 010 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,1 %-dən 48,6 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,9 % artaraq 46 milyard 748,4 milyon manata, o cümlədən depozit portfeli 8,2 % artaraq 37 milyard 837,0 milyon manata çatıb. Bunun 14 milyard 525,4 milyon manatı fiziki, 23 milyard 311,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,2 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 100 % azalıb.
Sektorun balans kapitalı isə 10,1 % artaraq 6 milyard 813,2 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 9%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












