Əhalinin banklardakı əmanətləri 277 mln. manata yaxın azalıb
Ötən ilin sonunda Azərbaycanda rekord səviyyəyə yüksələn əhalinin banklardakı əmanətləri yanvar ayında azalmağa başlayıb.
"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 385.4 mln. manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 1,8% və ya 276,5 mln. manat azdır.
Ötən ilin sonuna bu rəqəm 14 mlrd. 661,9 mln. manat təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən 2024-cü ilin sonuna kimi davamlı artım tendensiyası nümayiş etdirib.
Oxşar xəbərlər
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb
Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb
AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb
Azərbaycanda əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
