Dünya Bankı: Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq
sizinxeber.az xəbər saytı

Dünya Bankı: Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq


2025-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsi profisitli olacaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) proqnozunda bildirilib.

Bankın analitikləri dövlət büdcəsinin profisitinin ÜDM-də çəkisini bu il üzrə 2.0%, 2026-cı il üzrə 0.6%, 2027-ci il üzrə 0.5%, 2028-2029-cu illərdə isə 0.4% olacağını gözləyir.

Bank hesab edir ki, 2025-2029-cu illərdə Azərbaycanın büdcə gəlirləri ÜDM-in 32-34,5%-i, büdcə xərcləri isə 22,8-23,3%-i həcmində olacaq. Başqa sözlə, büdcə gəlirlərinin azalması fonunda büdcə xərclərinin sabit qalması ilə bağlı proqnoz profisitlə bağlı gözləntilərə də təsir edib.

Oxşar xəbərlər

Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq
The Economist: Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq
“Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
"The Economist" 2029-cu ilə kimi Azərbaycanın gündəlik neft-qaz hasilatı üzrə proqnozunu açıqlayıb
"Statista": Bu il Azərbaycanın bank sektorunun xalis faiz gəlirləri 2,89 mlrd. dollara çatacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər