"Statista": Bu il Azərbaycanın bank sektorunun xalis faiz gəlirləri 2,89 mlrd. dollara çatacaq
sizinxeber.az xəbər saytı

"Statista": Bu il Azərbaycanın bank sektorunun xalis faiz gəlirləri 2,89 mlrd. dollara çatacaq


2025-ci ildə Azərbaycanın ənənəvi bank sektorunun xalis faiz gəlirinin 3,9% artaraq 2,89 milyard ABŞ dollarına çatacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda bildirilib. Bunun 1,67 milyard ABŞ dolları ənənəvi pərakətdə bankçılığın payına düşəcək.

Qeyd edilib ki, ümumilikdə 2025-2029-cu illərdə Azərbaycanda sektorun xalis faiz gəlirləri illik 3,45% həcmində artacaq və 2029-cu ilə qədər bazar həcminin 3,31 milyard ABŞ dolları bərabər olacağı gözlənilir.

Qlobal miqyasda isə xalis faiz gəlirlərinin böyük hissəsi Çinin payına düşəcək və 2025-ci ildə 4 trilyon 160,0 milyard ABŞ dolları təşkil edəcək.

"Statista" əlavə edib ki, Azərbaycanın ənənəvi bankları rəqəmsal bankçılıq platformalarından artan rəqabətlə üzləşir və bu, müştərilərin seçimində dəyişiklik yaradır.

Oxşar xəbərlər

"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır
Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər