Türkiyənin 5 vilayətində sellə bağlı xəbərdarlıq edilib
sizinxeber.az xəbər saytı

Türkiyənin 5 vilayətində sellə bağlı xəbərdarlıq edilib


Türkiyə Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizi bölgəsində yerləşən 5 vilayətin sakinlərinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, qurumun yaydığı məlumata görə, sabah səhər saatlarından etibarən Mersin, Adana, Osmaniye, Hatay və Kahramanmaraş ətrafında lokal olaraq güclü yağış gözlənilir.

Xüsusilə Adananın şimal və şərq hissələrində, Kahramanmaraşın qərbində, Hatay və Osmaniye ətrafında isə çox güclü və şiddətli leysan yağışlarının olacağı proqnozlaşdırılır.

Türkiyə Daxili İşlər Nazirliyi, sel, su basqını, torpaq sürüşməsi, kiçik ölçülü dolu, ildırım, nəqliyyatda fasilələr və yağış zamanı güclü külək kimi mənfi hallara qarşı vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu il Türkiyə üzrə yağıntılar 7 aylıq dövrdə son 66 ilin ən yüksək səviyyəsinə çatıb.

Oxşar xəbərlər

Sabah yağış yağacaq, rayonlarda dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər